Azərbaycandakı biznesini satan milyarderə ağır cəza

Azərbaycandakı biznesini satan milyarderə ağır cəza
  17 Sentyabr 2014    Oxunub:8521
Rusiyalı məşhur milyarder “Sistema” holdinqin sahibi Vladimir Yevtuşenkov ev dustaqlığına məhkum edilib.

AzVision.az xəbər verir ki, milyarder çirkli pulların yuyulmasında təqsirli bilinir.

Onun həbsi ilə bağlı hər hansı açıqlama verilməsə də müxtəlif fikrilər səsləndirilir. Rusiyalı iş adamı Mixail Hodorkovski jurnalistlərə açıqlamasında bildirib ki, milyarderin ev dustaqlığına məhkum edilməsinin arxasında “Rosneft” şifkətinin sahibi İqor Seçi dayanır.

“Rosneft” şirkəti isə Hodorkovskinin iddialarını axmaqlıq adlandıraraq məsələyə reaksiya verib.

Qeyd edək ki, V.Yevtuşenkov 1993-cü ildən bəri iş adamı kimi fəaliyyət göstərir. O daha çox telekommunikasiya və neft sektorunda böyük layihələrin müəllifidir.

Xatırladaq ki, “Sistema” korporasiyasının Direktorlar Şurasında Ermənistanın keçmiş prezidenti Robert Köçəryan da təmsil olunur. R.Köçəryan şirkətin səhmlərinin təxminən 1 faizinə yaxın hissəsinə nəzarət edir. Habelə azərbaycanlı oliqarx İsgəndər Xəlilovun oğlu da “Sistema” korporasiyası ilə ortaqdır. Rusiyalı milyarder bundan öncə Azərbaycandakı neft biznesini “Rosneft”ə satdığını bəyan etmişdi.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti