BMT-nin kritik sessiyası başladı
Sessiyanın başlandığını elan edən Kahamba dünyada münaqişələr, təbii fəlakət qurbanlarının yad edilməsi məqsədilə bir dəqiqəlik sükut elan edib. Baş Assambleyanın iclasında BMT-yə üzv 193 ölkənin nümayəndə heyəti, həmçinin qurumun baş katibi Pan Gi Mun – da iştirak edir.
Assambleyada ən gərgin gün sentyabrın 24-ü olacaq. Məhz bu gün BMT-də illik ümumi siyasi diskussiya tədbiri keçiriləcək. Daha əvvəl jurnalistlərə açıqlama verən Pan Gi Mun diskussiyada 140-dan çox ölkə və hökumət başçıları iştirak edəcəyini bildirib.
Sentyabrın 24-də ABŞ prezidenti Barak Obama, bir gün sonra isə Ukrayna prezidenti Pyotr Poroşenkonun Assambleyanın iclasında çıxış edəcəyi gözlənilir.
Eldar Tanrıverdiyev