Davudoğlunun siyasəti: `Gəlin çay içək...`

Davudoğlunun siyasəti: `Gəlin çay içək...`
  17 Sentyabr 2014    Oxunub:1638
Türkiyənin baş naziri Əhməd Davudoğlu Şimali Kipr Türk Cümhuriyyətinə səfəri zamanı Kiprlə bağlı Yunanıstana çağırış edib.
AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, Davudoğlu yunan həmkarını sülhü birlikdə təmin etməyə çağırıb: “Gəlin sülhü birgə bərqərar edək. Çay içək, söhbət edək”.

Yunanıstanın Xarici İşlər Nazirliyinin sözcüsü Kontantinos Kutras münaqişənin nizamlanması yolunda bütün təşəbbüsləri dəstəklədiklərini bildirib:

“Problemin həllinə tövhə vermək artıq Türkiyənin öhdəsindədir. Yəni, söhbət işğalçı ordunun mövcudluğu, Avropa İnsan Haqları Məhkəməsinin qərarlarının yerinə yetirilməməsi və Kiprin türk tərəfinin icmalar arasındakı görüşlərə laqeyd yanaşmasından gedir”.

Qeyd edək ki, baş nazir Əhməd Davudoğlunun açıqlaması Yunanıstan mətbuatında “Əhməd Davudoğlundan çay diplomatiyası” kimi təqdim olunub.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti