Ermənistanın parad keçirməyə pulu yoxdur

Ermənistanın parad keçirməyə pulu yoxdur
  17 Sentyabr 2014    Oxunub:2563
Ermənistan Müdafiə Nazirliyi ölkənin müstəqillik günü ilə əlaqədar hərbi parad keçirməkdən imtina edib.

AzVision.az-ın məlumatına görə, bu barədə Ermənistanın “Aykakan jamanak” qəzeti Müdafiə Nazirliyinin mətbuat katibi Arçurun Ovanisyana istinadən xəbər verir.

“Hər il hərbi parad keçirmək lazım deyil. Parad yubiley tarixlərində keçirilməlidir” – deyə, Ovanisyan bildirib.

Jurnalistin Azərbaycan-Ermənistan təmas xəttində baş verən gərginlik fonunda hərbi paradın keçirilməsinin vacibliyi barədə sualına isə qurum rəsmisi onlarda parad keçirmək üçün kifayət qədər vəsaitin olmadığını vurğulayıb.

“Hərbi paradların keçirilməsi üçün büdcədən vəsait ayrılmalıdır. Bu il isə bu məqsədlə ölkə büdcəsindən vəsait ayrılmayıb”

Qeyd edək ki, Ermənistanda müstəqillik günü sentyabrın 21-də qeyd edilir.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti