“NATO müharibəni qızışdırır” - Lavrov
“NATO Ukraynanın cənub-şərqindəki böhranda dağıdıcı rol oynayıb. Təşkilatda Ukraynanın hərbi potensialının artırılması barədə qərar verilib. NATO rəhbərliyi quruma üzv ölkələrin Ukraynaya hərbi avadanlıq və silah-sursat çatdırılması barədə qərarına göz yumur. Bu silahlar, hərbi avadanlıqlar isə ölkə daxili repressiyalarda istifadə oluna bilər. Bununla da, onlar rəsmi Kiyevi faktiki olaraq müharibəyə təhrik edirlər” – deyə, Lavrov vurğulayıb.
Rusiya xarici işlər nazirinin sözlərinə görə, NATO-nun Ukrayna ilə birgə ilin sonuna qədər bu ölkə ərazisində keçirilməsi planlaşdırılan hərbi təlimlər sülh prosesinə mane olur və Ukrayna cəmiyyəti arasında fikir ayrılığını daha da dərinləşdirir.
Eldar Tanrıverdiyev