İŞİD-i kim yaratdı? - VİDEO
ABŞ regiondakı əsas müttəfiqi olan Türkiyə isə maraqlıdır ki, Qərb mətbuatında ardıcıl olaraq tənqid olunur. Amerikanın “Wall Street” və “Nyu-York Times” kimi qəzetləri idda edirlər ki, rəsmi Ankara bu məsələdə koalisiyadan üz çevirib. Amma Türkiyənin buna cavabı gecikmədi. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Türkiyə İŞİD-dən neft alır” deyənlərə belə cavab verdi: "Çirkin düşünür və Türkiyəyə ləkə atmaq istəyirsiz".
“Nyu-York Times” iddia edirdi ki, İŞİD-in əlində olan neft Türkiyənin cənubunda ucuz qiymətə satılır.
Elə bu neft qaynaqlarına görə, İŞİD bu dəqiqə dünyanın ən zəngin və təhlükəli silahlı birləşməsi sayılır. Silahlı birləşmə məhşurluğunu birdən-birə qazanmayıb. İŞİD-in əsas inkişaf dövrü təşkilatın başına Abu Olamr əl Bağdadinin gəlməsilə olub. Amerika ordusu 2011-ci ildə İraqdan çıxandan sonra kök salan təşkilat hərəkət trayektoriyasını yerli əhalini qorxutmaqla genişləndirib. Suriyada vətəndaş müharibəsində yaxından iştirak edən silahlılar, eyni zamanda İraqda da terror hərəkətləri törətməkdə davam ediblər.
Onlar Türkiyənin Mosuldakı diplomatlarını girov götürməklə daha da məhşurlaşdılar. Türkmənləri, yezidiləri və xristianları öldürən İŞİD-in məqsədi guya xilafət yaratmaq və bu xilafəti radikallığa uyğun olaraq idarə etməkdir.
İŞİD-in haradan maliyyələşməsi də maraqlıdır. Siyasətçilərin fikrincə, kriminal təşkilat olan birləşmə üzvüləri qaçaqmal və cinayətlərdən aldıqları çirkli pul hesabına özlərinə büdcə yaradıblar. Onların sırası isə - Afrika, Pakistan, Liviya, Çeçenistan, Əfqanistan, hətta Azərbaycan kimi ölkələrdən gələn döyüşçülər hesabına genişlənir. Ehtimal olunur ki, İŞİD-in Suriyada sayı 5-6 min, İraqda isə 10 mindən çoxdur.
Silahlanmaya gəlincə isə onlar İraq anbarlarında amerikalı əsgərlərdən qalan silahları mənimsəyiblər. Qətər əmirliyinin onlara maliyyə yardımı ayrıldığı söylənilsə də, dünən rəsmi Doha İŞİD-ə qarşı koalisiyada yer almaqla elə onlardan üzünü çevirdi.
Amma İŞİD-in kim tərəfindən dəstəkləndiyi hələ ki, müəmmadı. Bəzi məlumatlara görə, İŞİD-in əsas lideri olan və indi öldürüldüyü iddia edilən Əl Bağdadi, 2005-ci ildə Fəllucada Amerika əsgərlərinə əsir düşüb. Və məhz bundan sonra onda qisas hissi baş qaldırıb. Bu təşkilata elə Qərbin layihəsi kimi baxanlar da var. Reallıq isə odur ki, İŞİD dayanmadan öldürür, Qərb isə onu yenmək üçün koalisiyada birləşir.