Uorlikdən ikibaşlı Qarabağ açıqlaması

Uorlikdən ikibaşlı Qarabağ açıqlaması
  16 Sentyabr 2014    Oxunub:2058
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik açıqlamasında Dağlıq Qarabağ münaqişəsinin həllinə dair bildirib ki, danışıqlar prosesində qondarma “Dağlıq Qarabağ Respublikası”nın rəhbərliyinin mövqeyinin eşidilməsi vacibdir.

“Qarabağ”ın Azərbaycan-Ermənistan danışıqlar prosesində iştirakı mümkündürmü sualına amerikalı həmsədr belə cavab verib: “Biz Dağlıq Qarabağda de-fakto hakimiyyətdə olan rəhbərliyin mövqeyinin eşidilməsinin vacib olduğunu düşünürük və onların fikirlərini öyrənmək məqsədilə tez-tez regiona səfər edir, görüşlər keçiririk”.

ATƏT-in Minsk qrupunun həmsədri hər iki tərəfi Azərbaycan və Ermənistanı sərhəddə gərginliyə yol verməməyə çağırıb:

“Dinc sakinlərin müharibə qurbanı olması olduqca böyük faciədir və buna son qoymaq üçün bütün mümkün vasitələrdən istifadə etmək lazımdır”.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti