Rasmussen: “Rusiya ilə əlaqələri normallaşdıra bilmədik”

Rasmussen: “Rusiya ilə əlaqələri normallaşdıra bilmədik”
  15 Sentyabr 2014    Oxunub:1388
NATO Rusiya ilə əlaqələri normallaşdıra bilmədi.
AzVision.az-ın “İnterfax” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə NATO-nun baş katibi Anders Fog Rasmussen bildirib.

“Biz uzun müddət və inadla təhlükəsizlik, beynəlxalq hüquq və normalara uyğun olaraq Rusiya ilə əməkdaşlıq əlaqələri qurmağa çalışırdıq. Təəssüflər olsun ki, Rusiya bizim bütün bu cəhdlərimizi rədd etdi” – deyə, Rasmussen Brüsseldə çıxışı zamanı bildirib.

Rasmussen vurğulayıb ki, Rusiya NATO-nu tərəfdaş kimi yox, rəqib kimi görür.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti