Xamneyi xəstəxanadan evə buraxıldı

Xamneyi xəstəxanadan evə buraxıldı
  15 Sentyabr 2014    Oxunub:1352
İran həkimləri ölkənin ali lideri Əli Xamneyi keçirdiyi uğurlu əməliyyatdan sonra evə buraxıb.
Bu barədə AzVision.az “İRNA” agentliyinə istinadən xəbər verir.

Agentliyin məlumatına görə, İranın dini lideri əməliyyatdan sonra özünü yaxşı hiss edir.
Qeyd edək ki, ötən həftə Xamneyi prostat vəzində əməliyyat olunmaq məqsədilə paytaxt Tehranda yerləşən ictimai klinikalardan birinə gəlib.

Əli Xamneyinin 75 yaşı var və o, 25 ildir ki, İrana rəhbərlik edir. 1981-1989-cu illərdə ölkə prezidenti səlahiyyətlərini icra edib.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti