İraq prezidenti İŞİD-ə qarşı İrandan kömək istədi
“İraq və İran arasında minlərlə kilometr sərhəd var. İran regionun ən böyük ölkələrindən biridir və İŞİD-in fəallaşdığı vaxtdan bəri bizə həm humanitar həm də hərbi yardım edir. Bundan əlavə, İŞİD-lə mübarizə beynəlxalq koalisiyanın əsas işi olmalıdır. Bu məsələdə bütün fikir ayrılıqları ikinci plana keçməlidir” –deyə, İraq prezidenti bildirib.
Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.
Eldar Tanrıverdiyev
Teqlər: