Avtobus qəzaya uğradı: 13 ölü

Avtobus qəzaya uğradı: 13 ölü
  15 Sentyabr 2014    Oxunub:1523
Türkiyənin cənub-qərbində sərnişin avtobusu qəzaya uğrayıb.
AzVision.az-ın Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, qəza nəticəsində 13 nəfər ölüb.

Antalya yaxınlığında baş verən qəza nəticəsində 30-dan çox sərnişin yaralanıb. Yaralıların vəziyyəti ağır olduğundan ölənlərin sayının artacağı istisna edilmir.

Hazırda hadisənin baş vermə səbəbi araşdırılır. Hadisənin sürücünün sükan arxasında yuxulaması nəticəsində baş verdiyi bildirilir.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti