Məktəblər yararsız hala düşüb.
Üzlərini bağlayan 60-70 nəfərlik terrorist qrup, ilk əvvəl Yeni Mahalda olan Mehmet Akif ibtidai məktəbini yandırıb.
Qrupun ikinci hədəfində isə Şəhidlik Mahalındakı Fatih İbtidai məktəbi olub. Terroristlər qapıları qıraraq içəri daxil olublar və yanğın törətməyə başlayıblar.
Bu da az deyilmiş kimi, daha bir orta məktəbi də yandıran terroristlər, bir gecə içində 3 təhsil ocağını məhv ediblər.
Məktəblərdəki yanğınlar söndürülsə də, uzun zaman bu məktəblərdən istifadə edilə bilməyəcək və bu da dərslərin başlamasında gecikmələrə səbəb olacaq.
Hazırda terroristlərin axtarışı davam edir.(musavat.com)