Putin Qərbə meydan oxudu
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidenti Vladimir Putin bildirib. Qərbin rəsmi Moskvaya tətbiq etdiyi yeni sanksiyalara münasibət bildirən prezident Rusiyanın ABŞ və Avropa İttifaqı ölkələrinə ərzaq embarqosu tətbiq etməsini nümunə kimi göstərib.
Kreml rəhbəri onu da bildirib ki, Qərbin Rusiya məmurlarına tətbiq etdiyi sanksiyalar rəsmi Moskvaya ziyan gətirməyəcək. Putin Qərbin yeni sanksiyalarının anlaşılmaz olduğunu da qeyd edib:
"Mən başa düşmürəm ki, növbəti dəfə bu sanksiyalar tətbiq edildi. Çünki Ukrayna münaqişəsinin həlli ilə bağlı sülh prosesi başlamışdı. Münaqişənin siyasi yolla həll prosesinin başladığı bir zamanda Qərbin sanksiyalar tətbiq etməsi qəribədir".
Qeyd edək ki, Avropa Birliyinin Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiyalar siyahısına "Rosneft", "Transneft" və "Qazprom neft" daxil edilib. Bundan başqa, Rusiyanın ən böyük hərbi müəssisələri "Uralvaqonzavod", "Oboronprom" və "Birləşmiş Aviainşaatçı Korporasiya"nın borclarının maliyyələşdirilməasi qadağan olunub.
AzVision.az