Nazir arvadı yaralandı: Gözlənilməz olay

Nazir arvadı yaralandı: Gözlənilməz olay
  14 Sentyabr 2014    Oxunub:2871
Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybəkçi və həyat yoldaşı talehsiz qəza keçiriblər.
AzVision.az xəbər verir ki, nazir və həyat yoldaşı Ayşən Zeybəkçin Dənizlidə Amfiteatra daxil olarkən üzərlərinə səhnə işıqları düşüb. Hadisə zamanı A.Zeybəkçi və Dənizli valisinin həyat yoldaşı Nurtac Dəmir yaralanıblar. Nazir və vali xəsarət almasa da xanımları yaxınlıqdakı xəstəxanaya aparılıb.

Onların vəziyyətinin isə yaxşı olduğu, gözlənilməz hadisədən qorxduğu bildirilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti