Almaniya İŞİD-ə qarşı ordu göndərir

Almaniya İŞİD-ə qarşı ordu göndərir
  13 Sentyabr 2014    Oxunub:1854
Almaniya hökuməti İraq və Şam İslam Dövləti (İŞİD) qarşı mübarizə aparmaq məqsədilə 40 hərbçi göndərəcək.
Bu barədə AzVision.az Almaniyanın “Bild” qəzetinə istinadən xəbər verir.

Hərbçilər İraq ordusuna Almaniyadan göndərilən silahlarla davranmaq silahlarını öyrədəcək.
Almaniya ilk silah partiyasını sentyabrın 5-ində İraq Kürdüstanına göndərib.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti