Parlament seçkilərinə hazırlıq gedir

Parlament seçkilərinə hazırlıq gedir
  13 Sentyabr 2014    Oxunub:1120
Noyabrın 30-da Moldovada parlament seçkiləri keçirilməsi planlaşdırılır.
Ölkənin siyasi partiyaları parlament seçkilərində iştirak etmək üçün namizədlərin qeydiyyatı proseduruna sentyabrın 30-dan başlaya bilərlər. Moldova Mərkəzi Seçki Komissiyasının rəhbəri Yuri Çokan bunu sentyabrın 12-də təşkil edilmiş onlayn verilişdə bəyan edib.

“Qeydiyyat proseduru seçkilərə 30 gün qalmış başa çatacaqdır”, - deyən Y.Çokan bildirib ki, Ədliyyə Nazirliyində qeydiyyata alınmamış siyasi qüvvələr seçki kampaniyasında iştirak edə bilməyəcəklər.

Hazırkı parlamentin deputatları tərəfindən ölkənin Seçki Məcəlləsinə daxil edilmiş dəyişikliklərə əsasən, seçki həddi artırılaraq 6 faizə çatdırılıb. Müstəqil namizədlər Moldovanın qanunvericilik orqanına seçilmək üçün azı 2 faiz, seçki blokları isə həmin birliyə daxil olan partiyaların sayından asılı olaraq ən azı 9-11 faiz səs toplamalıdırlar. (AzərTAc)


Teqlər:





Xəbər lenti