Ərdoğan və Kerri Qarabağı müzakirə edəcək

Ərdoğan və Kerri Qarabağı müzakirə edəcək
  12 Sentyabr 2014    Oxunub:1870
Türkiyə və ABŞ Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcək.
AzVision.az-ın Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, Türkiyə xarici işlər naziri Mövlud Cavuşoğlu ABŞ dövlət katibi Con Kerri ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

Çavuşoğlunun sözlərinə görə, tərəflər İraq və Suriyadakı kritik vəziyyəti də müzakirə edəcək.

Qeyd edək ki, bu gün ABŞ dövlət katibi Con Kerri rəsmi səfərlə Ankaraya gəlib. Kerri Türkiyədə prezident Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlu ilə də görüşəcək.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti