Poroşenko Krımdakı zavodlarını satır

Poroşenko Krımdakı zavodlarını satır
  12 Sentyabr 2014    Oxunub:1487
Ukrayna prezidenti Pyotr Poroşenko Sevastopolda yerləşən gəmi təmiri zavodunu satışa çıxarıb.
Bu barədə AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir.

Sevastopol şəhərində üç gəmi təmiri zavodu – Müdafiə Nazirliyinin 13, 92-ci və Orcanikidze adına sabiq Sevastopol dəniz zavodu var. Bütün bu zavodlar Poroşenkoya məxsusdur.
Hazırda zavodda siyahıyaalma prosesi gedir.

Qeyd edək ki, bir müddət öncə jurnalistlərə açıqlamasında Poroşenko Krımı Rusiyadan geri alacağına dair Ukrayna vətəndaşlarına vəd verib.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti