Ukraynada 873 hərbçi öldürülüb

Ukraynada 873 hərbçi öldürülüb
  12 Sentyabr 2014    Oxunub:1161
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəsmisi Andrey Lısenko bəyan edib ki, Ukraynanın şərqində hərbi əməliyyatlar başladığı gündən etibarən 873 hərbçi öldürülüb.
Bu barədə AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir.

“Anti-terror əməliyyatları əməliyyatları başlayandan bəri 873 Ukrayna hərbçisi öldürülüb, 3275 nəfər isə yaralanıb” - deyə, Lısenko bildirib.

O, vurğulayıb ki, bu rəqəmlərdə Ukrayna ordusunun İlovaysk şəhərində verdiyi itkilər əks olunmayıb. Qeyri-rəsmi məlumatlara görə, Ukrayna ordusu İlovaysk şəhəri yaxınlığında gedən döyüşlərdə 200-ə yaxın hərbçisini itirib.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti