Dünya Ebolaya uduzur: 2400 ölü

Dünya Ebolaya uduzur: 2400 ölü
  12 Sentyabr 2014    Oxunub:2113
Qərbi Afrikada yayılan Ebola virusuna yoluxaraq ölənlərin sayı 2400-ə çatıb.
AzVision.az-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının sədri Marqaret Çan bildirib.

Təşkilatın verdiyi məlumata görə, Ebola Qərbi Afrikada yayılmağa davam edir.
Həkimlərin virusun yayılma arealının qarşısını almaq üçün hərbi dəstəyin lazım olduğunu bildirir.

Syerra-Leone və Liberiyada virusa yoluxanların sayı artıq 3500-ü keçib.
Səhiyyə təşkilatı həyəcan təbili çalaraq dünyanın Ebola ilə mübarizəni uduzmaq üzrə olduğunu bildirib.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti