“Ermənistan həmişə təcavüzkar olub” - ABŞ mətbuatı
Məsələni dərindən araşdırmağı təklif edən D. Jaffe Azərbaycan torpaqlarının işğal altında olmasını və çoxlu sayda azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsini yada salır: “Bunu mənim sözlərim kimi anlamayın, bu barədə BMT-nin 822, 853, 874 və 884 saylı qətnamələri var”. Müəllif qeyd edir ki, Ermənistan BMT-nin qətnamələrini yerinə yetirməkdən boyun qaçırsa da, ABŞ-dakı erməni lobbisindən və başqa bir güclü dövlət olan Rusiyanın siyasi və hərbi yardımından həvəslənib: “Azərbaycandan gəldiyi iddia olunan müharibə təhdidləri əslində artıq 20 ildir ki, Azərbaycan torpaqlarını işğal etmiş Ermənistan tərəfindən nümayiş olunur.
Və bu təhdidlərin tarixi heç də Mark Dietzenin dediyi kimi, 2014-cü il avqustun 8-də başlamayıb. Avqustun 7-də Mingəçevir Su Elektrik Stansiyasını dağıtmaqla hədələyən Ermənistan hökuməti öz cavabını avqustun 8-də Azərbaycanın müdafiə nazirliyi tərəfindən aldı. Lakin qarşı tərəf Azərbaycanın cavabını əsas götürərək, onu təhdidlərdə ittiham edir. Heç bir lobbi, heç bir Rusiya-Amerika razılaşması Ermənistanın təcavüzkar olması faktını dəyişə bilməz. Ermənistan Azərbaycan torpaqlarını işğalda saxlamağa davam edir və post-sovet məkanında sülh üçün təhdid yaradır”.
Teqlər: