İŞİD üzvlərinin sayı açıqlandı

İŞİD üzvlərinin sayı açıqlandı
  12 Sentyabr 2014    Oxunub:1841
ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi İraq Şam İslam Dövlətinə (İŞİD) qoşulmaq üçün 80 ölkədən 15 mindən çox insanın Suriyaya getdiyini açıqlayıb.
AzVision.az xəbər verir ki, MKİ-nın nümayəndəsi Ryan Trapani CNN-ə bu barədə danışıb.

Onun bildirdiyinə görə, İŞİD döyüşçülərinin sayı hazırda 20 minlə 31 min 500 arasında dəyişir. Bu açıqlamaya qədər İŞİD-in 10 min döyüşçüyə sahib olduğu bildirilirdi.

Trapaninin söylədiyinə görə, iyun ayından bu yana İŞİD-ə qoşulanların sayı sürətlə artıb.

Emin


Teqlər:





Xəbər lenti