Türkiyə Suriya döyüşçülərinə dəstək verir – İDDİA

Türkiyə Suriya döyüşçülərinə dəstək verir – İDDİA
  12 Sentyabr 2014    Oxunub:2212
Suriya Azadlıq Ordusunun (SAO) hərbi şəxsiyyət sənədini daşıyanlar Türkiyədə xüsusi toxunulmazlığa sahibdirlər. Bu barədə Türkiyənin “Yurt” qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, Daxili İşlər Nazirliyinin təlimatı çərçivəsində təhlükəsizlik gücləri SAO-nun şəxsiyyət sənədini etibarlı qəbul edir və bu sənədi daşıyanları `toxunulmazlığa` malikdirlər.

Qaçqın suriyalıların sürətlə artdığı şəhərlərdən biri İstanbul sayılır. SAO sənədini daşıyanlar burada xüsusi bir imtiyaza sahibdirlər. Onlar müxtəlif işlərdə çalışan sadə suriyalıların üzərində xüsusi bir təsirə malikdirlər.

Sığınacaq axtaran şəxslər sayılan bütün suriyalılar kimi, SAO döyüşçülərinə də dövlət hər ay adambaşına 800 lirə maaş verir.

Suriya Azadlıq Ordusu indiki prezident Bəşər Əsədə qarşı yaradılmış silahlı qruplaşmadır. Bu qruplaşmaların bəzilərinin müəyyən qədər Türkiyə tərəfindən maliyyələşdirilməsinə dair iddialar var.

Seymur Süleymanov


Teqlər:





Xəbər lenti