Poroşenko 57 hərbçini azad etdirdi

Poroşenko 57 hərbçini azad etdirdi
  12 Sentyabr 2014    Oxunub:1369
Ukrayna prezidenti Pyotr Poroşenko Donetsk vilayətində əsir düşən daha 57 hərbçinin azad olunduğunu bildirib.
AzVision.az-ın məlumatına görə, bu barədə Poroşenko “Facebook” səhifəsində yazıb.

“Separatçılar danışıqlar nəticəsində daha 57 nəfər azad olunub” – deyə, Poroşenko qeyd edib.

Prezident hərbçilərin hansı şərtlə azad olunması barədə məlumat verməyib.

Qeyd edək ki, ötən gün Poroşenko Donetsk vilayətində əsir düşən daha 26 hərbçinin azad olunduğu barədə məlumat vermişdi.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti