Rusiya şirkətləri Avropadan qovulur
Bu barədə AzVision.az “Reuters”ə istinadən xəbər verir.
Rəsmi Brüssel üç Rusiya müdafiə müəssisəsinin və üç enerji şirkətinin Avropa kapital bazarına çıxışını məhdudlaşdırmaq niyyətindədir. Yeni sanksiyalar paketi həmçinin, Rusiya dövlət banklarına və 24 fiziki şəxsə də şamil ediləcək. Sanksiyalar qaz sektoruna şamil edilməyəcək. Məlumata əsasən, sanksiyalar aktivlərinin sayı 3 trilyon rubldan çox və gəlirlərinin yarısı neft və neft məhsullarının satışından əldə olunan şirkətlərə tətbiq ediləcək. “The Financial Times”-ın hesablamalarına görə, sanksiyalar “Rosneft”, “Qazpromneft” və “Transneft” şirkətlərinə şamil ediləcək
Artıq Rusiya tərəfi də Aİ tərəfindən qəbul edilən sanksiyaların qeyri-konstruktiv olduğunu bildirib.
Rusiya prezidenti Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, sanksiyalar Rusiya ilə yanaşı Avropa iqtisadiyyatyına da mənfi təsir edəcək.
Eldar Tanrıverdiyev