Rusiyadan Ermənistana uçuş Qadağası

Rusiyadan Ermənistana uçuş Qadağası
  11 Sentyabr 2014    Oxunub:3292
Ermənistanın “Air Armenia” şirkəti yaranan borclara görə, Rusiyaya olan uçuşları dayandıracaq.
AzVision.az-ın Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın hava nəqliyyatının təşkili üzrə Dövlət Korporasiyası məlumat yayıb.

Məlumatda bildirilir ki, sentyabrın 21-dən etibarən “Air Armenia” şirkətinə Rusiya hava məkanında aeronaviqasiya xidmətinin göstərilməsi dayandırılacaq. Borcların ödənilməsi üçün “Air Armenia” aviaşirkətinə bir neçə dəfə vaxt verilsə də, şirkət rəhbərliyi borcların azaldılması ilə əlaqədar heç bir addım atmayıb.

Qeyd edək ki, “Air Armenia” aviaşirkətinin Rusiya tərəfinə ümumilikdə 1,1 milyon dollar borcu var.

“Air Armenia” aviaşirkəti 2003-cü ildə yaradılıb. İlkin olaraq şirkət yük daşımaları məşğul olub, 2013-cü ildə isə sərnişin daşımaları həyata keçirmək üçün lisenziya alıb. Şirkət Rusiyanın Moskva, Sankt – Peterburq, Soçi, Krasnodar və bir sıra digər şirkətlərinə uçuşlar həyata keçirir.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti