Gürcüstanda dini zəmində münaqişə - Yenilənib

Gürcüstanda dini zəmində münaqişə - Yenilənib
  11 Sentyabr 2014    Oxunub:2923
Gürcüstanın Kabuleti regionunda dini zəmində münaqişə baş verib.
Yerli sakinlər mədrəsənin açılması planlaşdırılan binanın qarşısında donuz başı asıblar. Bu barədə AzVision.az Gürcüstan KİV-nə istinadən xəbər verir.

Yerli sakinlər bildiriblər ki, Türkiyə vətəndaşı bu binada mədrəsə açmağı planlaşdırır. Aksiya iştirakçıları hətta Batumi və Kabuletini birləşdirən yolu da bağlayıb. Kabuleti regionun rəhbəri Sulhan Evqenidze bildirib ki, müsəlman dini məktəbinin açılması üçün müvafiq icazə verilməyib. O, həmçinin regionda müsəlman dini məktəbinin açılmasında heç bir problemin olmadığını bildirib.

Yerli sakinlər isə şəhərin mərkəzində müsəlman mədrəsəsinin açılmasının yol verilməz olduğunu bildirib. Gürcüstan polisi faktla bağlı araşdırmalara başlayıb.

Gürcüstanın baş naziri İrakli Qaribaşvili Kabuleti şəhərində müsəlman mədrəsəsinin açılmasına qarşı keçirilən aksiyanı təxribat adlandırıb. Bu barədə AzVision.az Gürcüstan KİV-nə istinadən xəbər verir.
Qaribaşvili hüquq mühafizə orqanlarına bu insidenti dərhal araşdırmaq barədə tapşırıq verib.

Baş nazir bildirib ki, ölkə hökuməti dini zəmində münaqişənin baş verməsinə imkan verməyəcək.

“Dini zəmində münaqişə Gürcüstan xalqı üçün yaddır. Gürcüstan həmişə bütün dünyada dini tolerantlığına görə tanınıb. Bizim ölkədə müxtəlif dini inanclara məxsus şəxslər daima bir-birinə hörmət edib” – deyə, Qaribaşvili bəyanatda bildirilir.


Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti