Obama İŞİD-i pulla məhv edəcək

Obama İŞİD-i pulla məhv edəcək
  11 Sentyabr 2014    Oxunub:1890
ABŞ prezidenti Barak Obama İraq və Şam İslam Dövlətinə (İŞİD) qarşı hərbçilər göndərməkdən imtina edib.
AzVision.az-ın “Reuters”ə istinadən verdiyi məlumata görə, bu barədə Obama İŞİD-ə qarşı mübarizə strategiyasını açıqlayarkən bildirib.

Onun sözlərinə görə, “ABŞ Suriya və İraq daxil olmaqla İŞİD-in olduğu istənilən yerdə bu qruplaşmaya qarşı yaradılan geniştərkibli koalisiyaya rəhbərlik edəcək”.

“Biz ABŞ ordusunu başqa ölkənin ərazisində döyüşməyə göndərməyəcəyik. Terrorizmlə mübarizə kampaniyası bizim aviasiyamızın istifadəsi və tərəfdaşlarımızın hərbçilərinə dəstək vermək yolu ilə aparılacaq” –deyə, Obama bəyan edib.

ABŞ prezidenti İraq hökuməti və İraq Kürdüstanının rəhbərliyinə 25 milyon dollar vəsaitin ayrılması barədə qərar da verib. Bu vəsaitin İraqda hərbçilərin hazırlanmasına xərclənəcyi gözlənilir.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti