Sarkisyanın Azərbaycan etirafı

Sarkisyanın Azərbaycan etirafı
  11 Sentyabr 2014    Oxunub:4100
Vaxtilə Leninin dediyi bir cümlə uzun müddət dillər əzbəri oldu: “Hər bir evdar qadın dövləti idarə etməyi öyrənməlidir”.

Əslən Gəncədən olan, Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsinin məzunu, bizim dəfələrlə ifşa etdiyimiz Stanislav Tarasovun “Sarkisyan yenidən Əliyevi və Ərdoğanı aldadır” sərlövhəli məqaləsi həmin müəllifin bir sıra başqa məqalələri ilə yanaşı əyani şəkildə göstərir ki, bizim zəmanədə hər bir fırıldaqçı özünü politoloq hesab edə bilər. Biz bu “ekspert”in məqaləsinin hər bir cümləsini təhlil etmək fikrində deyilik. Bütün məqalənin məzmununu bircə cümlə ilə ifadə etmək olar: Sən demə, NATO-nun Uelsdəki sammitində Sarkisyan Əliyevə və Ərdoğana “kələk gəlib”.

Hər iki həmkarına “mat vermiş” Sarkisyanın pis ovqatla Yerevana qayıdandan dərhal sonra Respublikaçılar Partiyasının müşavirəsini çağırması və həmin müşavirədə Azərbaycanın, o cümlədən NATO platformalarında da diplomatik uğurlar qazandığını etiraf etməsi isə vacib deyil (bax:https://azvision.az/redirect.php?url=http://azertag.az/ru/xeber/Serzh_Sargsyan_panicheski_prizyvaet_zabarrikadirovatsya_vokrug_formata_Minskoi_gruppy_OBSE-793233). Ümumiyyətlə, NATO-nun Lissabonda (2010-cu il) və Çikaqoda (2012-ci il) keçirilmiş digər iki sammitinə məhz həmin sammitlərin bəyannamələrinin ifadə formasına görə nümayişkaranə şəkildə etinasızlıq göstərmiş Sarkisyan görəsən, birdən-birə Uels sammitinə nə üçün getmişdi? Axı, sammitin bəyannamələrinin mətnində bu dəfə də dəyişiklik yoxdur. “Öz müqəddəratını təyin etmək” barədə bircə kəlmə də yoxdur. Bəs bu dəfə Sarkisyanın “məğrurluğu” niyə görünmür?

Tarasov əsas mətləbdən yayınmaq üçün ermənilərə yalan satır ki, guya Sarkisyan hər iki həmkarını “aldadıb”.

Əlbəttə, biz bu cür aldadılmış qonşularımızla dinc yanaşı yaşaya bilərik, hətta Tarasova həmin “aldatma” barədə “sübutlar” da verə bilərik.

Məsələn, Ermənistan XİN başçısı Edvard Nalbandyan bazar ertəsi Yerevanda öz avstriyalı həmkarı Sebastyan Kurts ilə birgə mətbuat konfransında bəyan edib ki, Ermənistan NATO sammitində Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsinə dair sənədin qəbul edilməsindən narazı qalıb.

Azərbaycanın yeni diplomatik uğuru ilə əlaqədar hiddətini gizlətməyən nazir deyib: “Bu, həmsədrlərin yanaşmalarına, ideyalarına və təkliflərinə uyğun gəlmir. Bu, son illərdə ATƏT çərçivəsində qəbul edilmiş qərarlara və bəyanatlara uyğun gəlmir. Bu, danışıqlar prosesinə ziyan vurur”.

Avstriya XİN başçısı Sebastyan Kurts isə öz növbəsində bildirib ki, Avstriya NATO-nun üzvü deyildir və ona görə də məsələnin bu tərəfini şərh etməyəcəkdir.

Erməni və ermənipərəst “ekspertlər” Ermənistanın növbəti diplomatik uğursuzluğunu təhlil edərkən həmin biabırçılığı təkcə onların gördüyü hansısa “uğur” kimi qələmə verəndə bizdə belə bir şübhə yaranıb ki, onlar hansısa başqa planetdə yaşayırlar... Biz onlara bu cür çoxlu “qələbələr” arzulayırıq. Axı onların dövlətinə S.Sarkisyan kimi “qrossmeyster” başçılıq edir!(AzərTAc)


Teqlər:





Xəbər lenti