Suriyaya gedən vəhabi həbs edildi

Suriyaya gedən vəhabi həbs edildi
  10 Sentyabr 2014    Oxunub:1963
Rusiya Xüsusi xidmət orqanları paytaxt Moskvada İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatının üzvünü saxlayıb.
Bu barədə AzVision.az “İnterfax” agentliyinə istinadən xəbər verir.

Məlumata əsasən, saxlanılan şəxs 2013-cü ilin sonu - 2014-cü ilin əvvəllərində İŞİD-in Suriyada apardığı döyüşlərdə iştirak edir. Saxlanılan şəxsə qarşı “Qanunsuz silahlı qruplaşmalarda iştirak etmək” maddəsi üzrə cinayət işi başlanılıb. Onun 10 il müddətinə azadlıqdan məhrum ediləcəyi gözlənilir.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti