Kerri gözlənilmədən İraqa getdi

Kerri gözlənilmədən İraqa getdi
  10 Sentyabr 2014    Oxunub:1541
Bu gün ABŞ dövlət katibi Con Kerri gözlənilmədən İraqa səfərə gəlib.
Bu barədə AzVision.az “Reuters”ə istinadən xəbər verir.

Məlumata əsasən, Kerrinin Bağdada İraqın yeni baş naziri Heydər əl-Abadi, prezident Fuad Məsum, İraq parlamentinin spikeri və XİN rəhbəri ilə görüşəcəyi gözlənilir.

Kerri İraq səfərindən sonra Səudiyyə Ərəbistanına yollanacaq. O, burada ərəb həmkarları ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) terror təşkilatına qarşı koalisiya yaratmağa çalışacaq.

Bildirilir ki, Ciddə şəhərində keçiriləcək danışıqlar cümə axşamına kimi davam edəcək. Danışıqlarda Misir, İordaniya, İraq və daha 5 ərəb ölkəsinin xarici işlər nazirinin iştirak edəcəyi gözlənilir.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti