İŞİD məşhur komandanı öldürdü

İŞİD məşhur komandanı öldürdü
  10 Sentyabr 2014    Oxunub:1450
Suriyanın İdlib şəhərində hücumlar nəticəsində Bəşər Əsədə qarşı döyüşən müxalif Ahraru Şam Ordusunun komandanı Həsən Əbdud öldürülüb.
AzVision.az xəbər verir ki, Həsən Əbdudla bərabər bir sıra səhra komandirləri də daxil olmaqla 45 nəfər dünyasını dəyişib.

İslami cəbhənin sözçüsü Salih Anadinin verdiyi açıqlamaya görə, Həsən Əbdudla yanaşı səhra komandirlərindən Əbu Talha, Əbu Yazan əş-Şami, Əbu Eymən, Əbulhayr Tuum, Əbu Ənəs, Əbu Əbdulmalik İdlibin Hamdan kəndində qərargahda toplanarkən bomba yüklü maşının partladılması nəticəsində ölüblər.

İŞİD terror təşkilatı bundan öncə Ahraru Şamın qurucusu və Əl-Qaidənin önəmli simalarından olan Əbu Xalid əs-Suriyi də qətlə yetirmişdi.

Emin
AzVision.az



Teqlər:  





Xəbər lenti