Bu dəfə “Gmail”-i sındırdılar
Məlumat bazasında 4,93 milyona qədər “Gmail” istifadəçinin parolları öz əksini tapıb. Onlar arasında poçt servisinin rus, ingilis və ispan dilli istifadəçiləri var. Bu mail və parollar vasitəsilə poçtla yanaşı istənilən “Google” servisinə daxil olmaq olar.
Qeyd edək ki, ötən gün “Mail.ru” portalında olan 4.5 milyon poçtun parolu oğurlanaraq, internetdə yayımlanıb. Ekspertlərin fikrincə, parollar troyan və fişinq metodu ilə oğurlanıb.
Fişinq odur ki, xüsusi bir tələ-sayt yaradılır və istifadəçi hansısa yolla aldadılaraq o sayta gətirilir, yəni tora salınır və onun parolu oğurlanır. Parolu oğurlanan istifadəçilər arasında azərbaycanlıların da olduğu bildirilir.
Eldar Tanrıverdiyev