Rusiya ilə danışmağın yeganə yolu sanksiyalardır – Merkel

Rusiya ilə danışmağın yeganə yolu sanksiyalardır – Merkel
  09 Sentyabr 2014    Oxunub:1967
Əgər Ukraynada sülh planına əməl olunsa, onda Rusiyaya qarşı tətbiq olunan sanksiyaların aradan qaldırılmasına baxıla bilər.
AzVision.az-ın məlumatına görə, bu barədə Almaniya kansleri Angela Merkel “İnforadio”ya müsahibəsində bildirib.

“Biz real addımlar görmək istəyirik. Bu o deməkdir ki, təkcə atəşkəs rejiminə ehtiyac yoxdur. Əgər ona əməl olunsa, sanksiyaların aradan qaldırılması barədə danışmaq olar. Lakin biz aydın şəkildə bildiririk ki, Ukraynanın şərqində baş verənlər bu ölkənin ərazi bütövlüyünün pozulmasıdır. Rusiyanın separatçılarla əməkdaşlığı yolverilməzdir. Biz bundan sonra da danışıqları davam etdirəcəyik, lakin öncə atəşkəs barədə planı yerinə yetirmək lazımdır” –deyə, Merkel bildirib.

Müsahibə zamanı Merkel həmçinin vurğulayıb ki, Rusiya iqtisadiyyatına qarşı sanksiyalar bu ölkənin Ukraynaya qarşı təcavüzünə reaksiya verməyin yeganə yoludur.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti