Əbülfəs Qarayev: `Hər iş məni qane etmir`

Nazir hesab edir ki, bəzi işləri kifayət qədər uğurla, arzuladığı səviyyədə görə bilməyib:
`Məsələn, görürəm ki, bu sistemdə – turizm və mədəniyyət sahəsində müasir informasiya texnologiyalarının tətbiqi istədiyim səviyyədə deyil. Baxmayaraq ki, böyük nailiyyətlərə imza atmışıq. Kataloqlaşdırma işləri yüksək səviyyədə aparılıb. Ölkədə yeganə olan GoMap var. Gündə 12 min adam oraya daxil olub özünə lazım olan informasiyanı ala bilir. Ancaq mən bundan da artığını istəyirəm. Nazirliyin daxilində müasir informasiya texnologiyaları vasitəsilə idarə oluna biləcək yeni bir sistem haqqında düşünürəm`.
Nazir həmçinin vurğulayıb ki, kitabxanaların təmiri ilə bağlı görülən işlərdən də şikayətlənib:
`Ən çoxu 5, ya da 10 kitabxana təmir edə bilirik. Nazirlik təkcə kitabxanalarla məşğul ola bilməz, axı digər sahələr də var. Yeni tələblərə cavab verməyən, kitaba hörmət oyatmaq bir yana dursun, antikitab təəssüratı yaradan kitabxanalar qalmamalıdır. Belə kitabxanalar ləğv edilməlidir`.
Mirvari Nəcəf