Azərbaycan filmi Venesiyada
Kinostudiyadan AzVision.az-a bildirilib ki, filmin quruluşçu rejissoru Elçin Musaoğlu, ssenari müəllifləri Elçin Musaoğlu və Elxan Nəbiyev, quruluşçu operatoru Abdulrəhim Beşarat (İran), prodüseri Müşfiq Hətəmovdur.
Ekran əsərində əsas rolları Fatimə Motamed Arya (İran), Vidadi Əliyev, Ramin Zeynalov, Sabir Məmmədov və başqaları canlandırıblar.
Venesiya kinofestivalının rəsmi saytında yer alan məlumata görə, “Nabat” filmi “Horizontlar” proqramında sentyabrın 5-də və 6-da nümayiş etdiriləcək. Bu, eyni zamanda, filmin dünya premyerasının başlanğıcı olacaq.
“Nabat” Qarabağ müharibəsindən bəhs edən, amma döyüş səhnələrinin, ölüm-itimin olmadığı ekran əsəridir. Müharibə filmin kadr arxasındadır. Müharibə haqqında danışılmasa da, tamaşaçı onu daxilən hər kadrda hiss edir.
Festivalda ekran əsərlərini 9 münsif qiymətləndirəcək.
Teqlər: