Azərbaycanlı polis Türkiyədə qəza törətdi, 6 yaralı

Azərbaycanlı polis Türkiyədə qəza törətdi, 6 yaralı
  24 Avqust 2014    Oxunub:2019
Türkiyənin Samsun şəhərində Azərbaycan vətəndaşları qəzaya düşüblər.
AzVision.az xəbər verir ki, bu gün səhər saatlarında 25 yaşlı Mirnadir Mirteymurovun idarə etdiyi 99 BT 064 Azərbaycan dövlət nömrə nişanlı avtomobil Ankaradan Samsuna gedərkən aşıb.

Xəsarət alan Mirnadir Mirteymurov, 49 yaşlı Flora Dəmirçiyeva, 25 yaşlı Sultan Quliyev, 54 yaşlı Gülnarə Quliyeva, 24 yaşlı Aysel Eyvazova və bir azyaşlı xəstəxanaya yerləşdiriliblər.
İlkin ehtimala görə, maşının aşmasına səbəb yüksək sürət olub. Yaralıların sağlıq durumunun yaxşı olduğu bildirilir.

Qeyd edək ki, türk mətbuatının yaydığı məlumata görə, M.Mirteymurov polis əməkdaşıdır.

AzVision.az


Teqlər:





Xəbər lenti