Kəmaləddin Heydərov Elçibəyin oğluna iş verdi

Kəmaləddin Heydərov Elçibəyin oğluna iş verdi
  21 Avqust 2014    Oxunub:4439
Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev Fövqəladə Hallar Nazirliyində işə düzəlib.
Bu barədə AzVision.az-a Elçibəyin qayını Mirmövsüm Mahmudov deyib.

Onun sözlərinə görə, Ərturqut Əliyev Fövqəladə Hallar Nazirliyində çalışacaq: "Ərtuqrat işə düzəlib, amma işinə 2 aydan sonra başlayacaq. İşinin nə olacağı haqda isə məlumatım yoxdur. Hələki kurs keçir”.

Xatırladaq ki, Elçibəyin oğlunun işsiz olduğunu deyən M.Mahmudov iki ay öncə imkanlı şəxslərə, dövlət məmurlarına müraciət etmişdi:

“Yazıq uşaq, cavandır amma bir iş tapıb işləyə bilmir. Ad çəkmək istəmirəm, amma iş üçün çox yerə müraciət etmişik. Neçə adamdan xahiş də etmişəm, heç kim işə götürmür. Deputatlardan da xahiş etmişəm hətta. Almurad əmisi deyir ki, ona iş tapmışam, amma ortada heç nə yoxdu. Mən dayısı kimi xahiş edirəm, kimin imkanı var onu işə qoysun. Xahiş edirəm, ürəkləri hara istəyir ora da göndərsinlər. Yazıqdır, cavan uşaqdır. Nə qədər bekar gəzəcək?. Elçibəy bu millətə nə edib ki, onun oğlu iş tapıb işləyə bilmir. Yenə deyirəm, biz çox sevinərik ki, ona kim isə iş versin”-deyə mərhum prezidentin qayını qeyd edib.

Mirvari Nəcəf


Teqlər:  





Xəbər lenti