`Amrahbank` məhkəmə iddiasını yalanladı

`Amrahbank` məhkəmə iddiasını yalanladı
  18 Avqust 2014    Oxunub:2036
“Qalatasaray” futbol klubunun “Amrahbank”ı məhkəməyə verməsi haqda iddialar həqiqətə uyğun deyil”.
Bu barədə AzVision.az-a “Amrahbank”ın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, adı çəkilən futbol klubundan banka heç bir etiraz daxil olmayıb: “Heç bir yanlışlıq yoxdur. Bunlar “Qalatasarayın” rəqiblərinin yaydığı yalan məlumatlardır”.

Qeyd edək ki, “Amrahbank” “Qalatasaray” və “Neftçi” futbol klublarının fankard kredit kartını hazırlayıb. Kartın təqdimatında GS fankard sahiblərinin GS Store mağazalarından 10 faiz ilə 20 faiz arasında güzəştlər əldə edəcəyi bildirilib.

Mətbuatda yayılan məlumatlara görə “Qalatasaray” klubuna bu barədə xəbər verilmədiyindən klub banka qarşı iddia qaldıracaq.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti