İraqda terror aktları: 51 ölü

İraqda terror aktları: 51 ölü
  07 Avqust 2014    Oxunub:1323
İraqın paytaxtı Bağdadda bir neçə terror aktı törədilib.
Bu barədə AzVision.az “Reuters”ə istinadən xəbər verir.

Ümumilikdə, partlayışlar nəticəsində 51 nəfər ölüb. İlk partlayış şiələrin sıx məskunlaşdığı Sədr-siti rayonunda baş verib. Belə ki, burada içərisində partlayıcı qurğu yerləşdirilmiş iki avtomobil partladılıb. Bu hadisə zaman; 31 nəfər ölüb. Daha sonra isə yaxınlığda yerləşən otelin qarşısında bomba partlayıb. Bu partlayış zamanı isə 11 nəfər dünyasını dəyişib. Daha 9 nəfər isə şəhərion cənub-şərqində avtomobilin partladılması nəticəsində ölüb.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti