Putin qadağa qoydu

Putin qadağa qoydu
  07 Avqust 2014    Oxunub:1975
Rusiya prezidenti Vladimir Putin ölkəsinə qarşı sanksiyalar tətbiq edən ölkələrə kənd təsərrüfatı mallarının ixracına qadağa və ya məhdudiyyətlər barədə sənədə imza atıb.

Rusiyanın dövlət mediasının bildirdiyinə görə, dövlət başçısı hökumətə gələn il üçün ixrac mallarının siyahısının təşkilinə dair göstəriş verib. Sənəddə hansı mallara məhduyyətlər qoyulduğu bildirilmir.

Rusiyanın Krımın ilhaqı və Ukraynanın rusiyapərəst separatistlərini silah və digər hərbi təchizatla təmin etməsindən sonra ABŞ və Avropa İttifaqı Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq edib.

Bu arada müstəqil Levada mərkəzinin keçirdiyi rəy sorğularına görə, Vladimir Punin reytinqi 87 faizə qalxıb. 2007-ci ildə bu göstərici 85 faiz təşkil edirdi.

Levadanın Rusiyada anti-Amerika əhval-ruhiyyəsinə dair sorğularına görə, respondentlərin 34 faizi Amerikaya “pis”, 40 faizi isə “olduqca pis” münasibət bəsləyir.



Teqlər:





Xəbər lenti