Rasmussen Ukraynaya gedir

Rasmussen Ukraynaya gedir
  06 Avqust 2014    Oxunub:1597
NATO-nun baş katibi Anders Foq Rasmussen sabah Ukraynaya səfər edəcək.
AzVision.az-ın məlumatına görə, bu barədə “UNİAN” agentliyinə müsahibəsində Ukraynanın NATO-dakı səfiri İqor Dolqov bildirib.

Dolqov vurğulayıb ki, səfər 4-5 sentyabr tarixində keçirilməsi planlaşdırılan NATO sammiti ərəfəsində baş tutacaq. Məhz bu sammitdə prezidentlər və hökumət başçıları səviyyəsində Ukrayna – NATO komissiyasının iclasının keçirilməsi planlaşdırılır.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti