“Soçi görüşündən müsbət nəticə gözləyirəm” – Baş nazir

“Soçi görüşündən müsbət nəticə gözləyirəm” – Baş nazir
  06 Avqust 2014    Oxunub:9780
Ermənistanın baş naziri Ovik Abramyan Ermənistan və Azərbaycan prezidentlərinin Soçidə görüşündə müsbət irəliləyişlər gözləyir.
AzVision.az-ın erməni KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə Ermənistanın baş naziri Ovik Abramyan bildirib.

“Hazırda təmas xəttində gərginliyin səviyyəsi aşağı düşüb və mən əminəm ki, gərginlik bundan sonra da azalacaq. Müharibə nə Ermənistana nə də Azərbaycana yaxşı heç nə gətirməyəcək. Ermənistan sülh tərəfdarıdır və biz bu yolla gedirik” – deyə, Abramyan Vanadzora səfəri zamanı bildirib.

Abramyan vurğulayıb ki, erməni tərəfi müharibədən qorxmur və ehtiyac olduğu təqdirdə sərhədlərini qoruyacaq. Prezidentlərin Soçidəki görüşü barədə danışan Abramyan bildirib ki, Azərbaycan münaqişənin danışıqlar yolu ilə həll olunacağını anlayıb və bununla bağlı o bu görüşdən müsbət irəliləyişlər gözləyir. O, həmçinin xatırladıb ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür və lazım olduğu təqdirdə bu qurum öz öhdəliklərini yerinə yetirəcək.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti