Ermənistan Rusiyanın köməyindən imtina edir

Ermənistan Rusiyanın köməyindən imtina edir
  06 Avqust 2014    Oxunub:6917
Hazırda Dağlıq Qarabağ təmas xətti və Azərbaycan-Ermənistan sərhədində vəziyyət o həddə çatmayıb ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) kömək üçün müraciət etsin.

AzVision.az-ın erməni KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə müdafiə naziri Seyran Ohanyan Yerevanda təşkil olunan mətbuat konfransında bildirib.

KTMT-nın Qarabağ münaqişəsi zonasında yaranan gərginliyə reaksiya verməməsi barədə sualı cavablandıran Ohanyan bildirib ki, Ermənistan genişmiqyaslı hərbi əməliyyatlar olduğu təqdirdə bu quruma müraciət edəcək.

Tərəfdaşlarla hərbi və hərbi-texniki əməkdaşlıq barədə danışan Ohanyan vurğulayıb ki, ötən il müvafiq sənədlər imzalanandan sonra Rusiya ilə bu sahədə əməkdaşlıq çox sıx şəkildə inkişaf edir. Əsas məqsəd Ermənistan tərəfini müasir silah və texnika ilə təmin etmək, həmçinin Rusiya təşkilatları ilə birbaşa əlaqələr yaratmaqdır: “Rusiya ilə əməkdaşlıq yüksək səviyyədədir”.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti