Müdafiə naziri səfirlə Qarabağdan danışdı

Müdafiə naziri səfirlə Qarabağdan danışdı
  06 Avqust 2014    Oxunub:2356
Ermənistan müdafiə naziri Seyran Ohanyan və Böyük Britaniyanın bu ölkədəki səfiri Ketrin Liçlə Dağlıq Qarabağda təmas xətti və Ermənistan-Azərbaycan sərhədində gərgin vəziyyəti müzakirə edib.
Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir.

Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, nazir və Böyük Britaniya səfiri son zamanlar təmas xəttində baş verənlərə görə dərin narahatlıqlarını bildiriblər.

Səfir Ketrin Liç cəbhədə baş verən insidentlər zamanı ölən hərbçilərin ailələrinə başsağlığı verib və bütün tərəfləri cəbhədə gərginliyin azaldılmasına çağırıb.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti