Saakaşviləyə qarşı yeni yeddi ittiham

Saakaşviləyə qarşı yeni yeddi ittiham
  06 Avqust 2014    Oxunub:1706
Gürcüstanın Ədliyyə Nazirliyi ölkənin sabiq prezidenti Mixeil Saakaşviliyə qarşı korrupsiya da daxil olmaqla daha altı və ya yeddi ittiham hazırlayıb.
AzVision.az-ın məlumatına görə, bu barədə nazirlikdən olan mənbə Rusiyanın “Kommersant” qəzetinə bildirib.

Qeyd edək ki, ötən gün Mixeil Saakaşviliyə qarşı qaldırılan yeni cinayət işi çərçivəsində Gürcüstanın Hərbi Prokurorluğu sabiq prezidentə qarşı rəsmi ittiham irəli sürüb.

Prokurorluq Saakaşvilini 2005-ci ildə parlament deputatının döyülməsinin təşkilində günahlandırır.

Məlumata əsasən Saakaşvili “Vəzifə səlahiyyətlərini aşma” maddəsi ilə ittiham olunur. Saakaşvili ilə yanaşı Gürcüstanın sabiq baş naziri Vano Merabaşvili də eyni maddə üzrə günahlandırılır.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti