Əfqanıstanda ABŞ generalı öldürülüb

Əfqanıstanda ABŞ generalı öldürülüb
  06 Avqust 2014    Oxunub:1797
Əfqanıstanda ABŞ Silahlı Qüvvələrinin generalı öldürülüb. AzVision.az-ın “Reuters”ə istinadən verdiyi məlumata görə, artıq ABŞ prezidenti Barak Obama da məsələ ilə bağlı məlumatlandırılıb.
General terror aktı nəticəsində öldürülüb. Belə ki, terrorçu hərbi bazaya daxil olaraq ətrafdakı hərbçilərə atəş açıb. Hücum nəticəsində bir ABŞ əsgəri öldürülüb, daha 15 nəfər isə yaralanıb. Rəsmi Pentaqon məlumatı təsdiqləsədə hadisə nəticəsində xəsarət alan hərbçilərin adını açıqlamayıb.

Adı açıqlanmayan general-mayor 2001-ci ildə Əfqanıstanda öldürülən ən yüksək rütbəli ABŞ hərbçisidir.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti