Bu gün hava küləkli olacaq

Bu gün hava küləkli olacaq
  06 Avqust 2014    Oxunub:1242
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Gün ərzində əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 22-26, gündüz 32-37 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Qərb küləyi əsəcək. Ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25, gündüz 34-39, dağlarda gecə 12-17, gündüz 25-30 dərəcə isti olacaq.


Teqlər:  





Xəbər lenti