Saakaşviliya qarşı yeni ittiham irəli sürüldü

Saakaşviliya qarşı yeni ittiham irəli sürüldü
  05 Avqust 2014    Oxunub:1949
Mixeil Saakaşviliyə qarşı qaldırılan yeni cinayət işi çərçivəsində Gürcüstanın Hərbi Prokurorluğu sabiq prezidentə qarşı rəsmi ittiham irəli sürüb.
AzVision.az-ın Gürcüstan KİV-nə istinadən verdiyi məlumata görə, Prokurorluq Saakaşvilini 2005-ci ildə parlament deputatının döyülməsinin təşkilində günahlandırır.

Məlumata əsasən Saakaşvili “Vəzifə səlahiyyətlərini aşma” maddəsi ilə ittiham olunur. Saakaşvili ilə yanaşı Gürcüstanın sabiq baş naziri Vano Merabaşvili də eyni maddə üzrə günahlandırılır.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti