“Ərdoğanın dünya qədər pulu var”

“Ərdoğanın dünya qədər pulu var”
  05 Avqust 2014    Oxunub:2084
İstanbula səfər edən CHP lideri Kamal Kılıçdaroğlu jurnalistlər qarşısında baş nazir Rəcəb Tayyib Ərdoğana sərt mesajlar göndərib.
AzVision.az Türkiyə KİV-ərinə istinadən xəbər verir ki, CHP lideri “Mən Türkiyədə yaşayıram. Paralel dövlət varsa bunun məsuliyyəti dövləti idarə edən şəxsin üzərinə düşür. Nə hikmət varsa belə əməliyyatlar hər seçki öncəsində keçirilir. Əgər paralel dövlət varsa Ərdoğan məhkəmə önünə çıxmalıdır. Sən aldığın rüşvətin hesabatını verəcəksən, Rəcəb Tayyib Ərdoğan.Hara gedirsə getsin, bunun hesabını verəcək. O, elə düşünür ki, seçkilərdən sonra bunlar unudulacaq. Qaça bilməzsən. Dünya qədər pulu var. Sıfırlamadığı dollarları, millətin anasını ağladan iş adamları var. Ona millətin anasını ağladanların namizədi demək lazımdır. Hər halda bu afişalara sığmadığı üçün yazmayıblar.Haram çörək ye, rüşvət al və millətimin namizədiyəm söylə ”.-deyə bildirib.

Emin


Teqlər:  





Xəbər lenti